Hadisə
Vəfat edən polkovnik Məzahir Pənahovun yaxın qohumu imiş - FOTO
Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Xəzər Abbasovun vəfat etməsi barədə xəbər vermişdik.
Publika.az-ın əldə ediyi məlumata görə, vəfat edən hərbçi Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun yaxın qohumudur.
Bir çox dövlət rəsmiləri və vəzifəli şəxslər M.Pənahova əzizinin dünyasını dəyişməsi ilə bağlı başsağlığı verib.
Qeyd edək ki, X.Abbasov fevralın 10-da evində olarkən qəfil ürək tutmasından dünyasını dəyişib.
Ehtiyatda olan polkovnik Fəxri Qarovul dəstəsinin iştirakı ilə “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Abbasov Xəzər Həmid oğlu 1968-ci ildə Bakıda anadan olub. O, Minsk Ali Hərbi və Siyasi Məktəbinin məzunudur. Döyüş bölgəsindəki fəaliyyəti ilə yanaşı, Müdafiə Nazirliyinin əks-kəşfiyyat idarəsində də müxtəlif vəzifələrdə çalışıb. Bundan başqa, Xəzər Abbasov əvvəllər Azərbaycanın Qazaxıstandakı və Gürcüstandakı səfirliklərinin hərbi ateşşesi vəzifəsində də işləyib. O, daha sonra xidmətini Müdafiə Nazirliyində davam etdirib. Polkovnik Abbasov xidmətdə ikən müxtəlif medal və ordenlərlə təltif edilib.
4 il öncə ehtiyata çıxan polkovnik Abbasovun fevralın 12-də 54 yaşı tamam olacaqdı.
Allah rəhmət eləsin!
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)


















.jpg)
.jpg)

