Hadisə
Həbsxanadakı oğluna narkotik gətirən ata tutuldu - FOTO
Ata həbsdə olan oğluna narkotik maddə keçirmək istəyib.
Penitensiar Xidmətdən Publika.az-a verilən məlumata görə, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
"Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş və hazırda İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan şəxs Cavidan Əhmədağa oğlu İbişova atası Şirvan şəhər sakini Əhmədağa Böyükağa oğlu İbişov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan qəndin içərisində toz şəklində şəklində gizlədilmiş ümumi çəkisi 3,850 qram olan psixotrop maddə - Preqabalin aşkar edilib. Faktla bağlı araşdırma aparılır", - xidmətdən bildirilib.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı












.jpg)




















.jpg)

.jpg)