Hadisə
Yarım kilo qızılla İstanbula gedərkən yaxalandı - FOTO
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.
Publika.az xəbər verir ki, Bakı-İstanbul aviareysinin sərnişini, Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyan etməyib.
Yoxlama zamanı vətəndaşın üzərində və qara rəngli əl çantasının içərisində gömrük nəzarətinə təqdim olunmayan, yazılı, elektron və şifahi formada bəyan edilməyən 8 ədəd sırğa-üzük dəsti, 4 ədəd sırğa-üzük-klon dəsti, 1 ədəd sırğa-üzük-klon-qolbaq dəsti, 6 cüt sırğa, 3 ədəd qolbaq, 2 ədəd üzük, 1 ədəd klon və 1 ədəd yaxa sancağı aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 520,53 qram olan 750/585 əyarlı qızıllardan hazırlanmış zərgərlik məmulatlarıdır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


















.jpg)
















.jpg)
.jpg)
