Hadisə
Ana və uşaqlarının qətli ilə bağlı YENİ FAKTLAR - Qonşuları NƏLƏR DANIŞDI? - VİDEO
***
Ötən gün Nizami rayonunda bir ailənin 3 üzvünün qətlə yetirilməsi ilə bağlı xəbər vermişdik. ''Xəzər Xəbər'' bu gün həmin hadisənin təfərrüatlarını araşdırıb. Məlum olub ki, hadisə baş verməmişdən əvvəl qətlə yetirilən uşaqlar qonşulardan kömək istəyiblər. Bu arada, Daxili İşlər Nazirliyi qətldən öncə polisə məlumat verilməsi, lakin hadisə yerinə gedən əməkdaşların laqeydlik göstərməsi ilə bağlı iddialara münasibət bildirib.
Publika.az xəbər verir ki, qonşular Hədiyyə Bayramova və Şəbnəm Qurbansoy ''Xəzər Xəbər''ə deyiblər ki, qətl baş verməmişdən öncə mənzildən səs-küy gəldiyi üçün onlar qapıya yaxınlaşıblar.Ancaq qapını açmağa çalışsalar da, buna nail ola bilməyiblər.
Hədiyyə Bayramovanın sözlərinə görə,o,mənzildə olan uşaqlara kömək etmək məqsədi ilə onlarla danışıb.Ancaq bir neçə dəqiqədən sonra qapının arxasından uşaqlar ,dərslərindən qeyri-kafi qiymət aldığı üçün atası tərəfindən döyüldüklərini və qonşulara çıxıb getmələrini bildiriblər.Məsələnin şübhəli olduğunu görən qonşular dərhal polisə məlumat veriblər..Əraziyə gələn polis əməkdaşları həmin mənzilə yaxınlaşıblar.Cəhd etsələr də qapını açan olmayıb.
Digər qonşu Şəbnəm Qurbansoy binaya qətldən əvvəl polislərin gəldiyini iddia edib.
Bu arada Daxili İşlər Nazirliyindən ana və iki azyaşlı övladının qətlindən öncə polisə məlumat verilməsi, lakin hadisə yerinə əməkdaşların laqeydlik göstərməsi ilə bağlı iddialara münasibət bildirib.Qurumun Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev bildirib ki, artıq məsələ ilə bağlı xidməti yoxlama başlanılıb.
Bu gün mərhumların hər üçü Sabirabadın Ulacalı kəndində dəfn ediliblər.
Qeyd edək ki, Qətldə şübhəli bilinən Əhəd Əliyev əvvəllər Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.jpg)
























.jpg)
.jpg)
