Hadisə
Bakıda əməliyyat - 7 narkotacir tutuldu
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Nəticədə narkotiklərin satışı ilə məşğul olan 7 nəfər saxlanılıb.
DİN Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən 3 kiloqrama yaxın narkotik vasitə, eləcə də 274 ədəd psixotrop tərkibli həb çıxarılıb.
Həyata keçirilən ilk tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Aqil Baxşəliyev və Xəyal Məmmədov saxlanılıblar. Onlardan satış məqsədi ilə əldə etdikləri külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib. Xəyal Məmmədov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Aqil Baxşəliyevdən aldığını bildirib.
Həyata keçirilən digər əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Tofiq Əliyev və Emin Zeynalov saxlanılıblar. Tofiq Əliyevdən ümumilikdə 800 qram heroin, metamfetamin, tiryək, eləcə də yüksək təsiredici xassəyə malik narkotik vasitə kokain, 274 ədəd psixotrop tərkibli satışı qadağan edilən ekstazi, metadon və tramadol həbləri aşkar edilırək götürülüb. Emin Zeynalovdan isə 1 kiloqram 660 qram heroin aşkar olunub.
Nərimanov rayonunda həyata keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşul olan Elazə Mustafeyeva, Rəşad Aslanov və Yunus İsmayılov tutulublar. Bu şəxslərdən də müxtəlif növdən olan narkotik vasitələr aşkar edilib.
Sonuncu əməliyyatlar zamanı saxlanılanların ətraflarında aparılan tədbirlərlə müəyyən edilib ki, onlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə yaşayan narkotacirlərdən onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə alıblar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


















.jpg)
















.jpg)
.jpg)
