Hadisə
Naxçıvandakı hadisədə neçə nəfər ölüb? - RƏSMİ
Martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölmüş, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun hadisə ilə bağlı yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, hazırda Babək rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir və digər zəruri istintaq hərəkətlər icra edilir:
"Araşdırmanın gedişatı barədə əlavə məlumat veriləcəkdir.Eyni zamanda, bəzi media səhifələrində qeyd edilən məktəbdə bədbəxt hadisə nəticəsində 20-dən çox şəxsin ölməsi və çoxlu sayda yaralıların olması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır.Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla media nümayəndələrindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların yayılmaması bir daha xahiş olunur".
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat






.jpg)
.jpg)



.png)


.jpg)























