Hadisə
Neftçalada çətənə bitkiləri becərən qohumlar saxlanıldı - FOTO
Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyatı keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, polis əməkdaşlarına Kür çayının rayonun Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Dərhal ərazi əməliyyat nəzarətinə götürülüb. Keçirilən əməliyyat tədbirləri nəticəsində çayın sahilində narkotik vasitələrin kultivasiyası ilə məşğul olan həmin kənd sakini, əvvəllər məhkum olunmuş Vüqar Məmmədov saxlanılıb. Əraziyə keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 327 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Polis əməkdaşları tərəfindən kənd ərazisində keçirilən digər bir uğurlu əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan V.Məmmədovun əmisi oğlu, əvvəllər üç dəfə məhkum olunmuş Səttar Məmmədov da saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı isə həyətyanı sahədən 73 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub.
Saxlanılan qohumlar izahatlarında narkotiklərin kultivasiyası ilə məşğul olduqlarını etiraf ediblər.
Aşkar olunan faktlarla bağlı Neftçala RPŞ-də cinayət işləri başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)





















.jpg)

.jpg)