Hadisə
Şəmkirdə gənc oğlan dostunun qız qohumuna mesaj yazdı və sonra... – Şok təfərrüat
Şəmkir rayonunda 2003-cü il təvəllüdlü Rəvan Hüseynov tanışı və yaşıdı Əhliman Tağıyevi qətlə yetirib.
Publika.az">Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, 2021-ci il yanvarın 5-də Şəmkir şəhər sakini Əhliman Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla mərhumu tanışı Rəvan Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qətlə yetirməsi müəyyən edilib.
İstintaq orqanı tərəfindən Rəvanın barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqaqnlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəvan bildirib ki, həbs edildiyi günə qədər nənəsi Durdanə ilə birlikdə Şəmkir rayonu Zəyəm qəsəbəsində yaşayıb: “Əhlimanı 2020-ci ildə Şəmkir şəhərində yerləşən "Xan" şadlıq sarayında ofisiant işlədiyim vaxtlardan tanımışam. Həmin vaxtdan münasibətlərimiz yarandı. 2020-ci ilin yay aylarında Əhlimanla aramızda narazılıq oldu. Mənim Əhlimanın qohumu olan Aysun adlı qızdan xoşum gəlirdi. Sonra Aysunun "instagram" sosial şəbəkəsində olan səhifəsini taparaq tanışlıq məqsədilə ona mesajlar yazdım. Aysun mənə başqa bir oğlanla danışdığını bildirdi və mənimlə tanış olmaq istəmədi. Yenidən mesajlar yazsam da, cavab vermədi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, sonradan Aysun bu barədə Əhlimana deyib: “Buna görə Əhlimanla aramızda narazılıq oldu. Lakin Əhlimanı bıçaqla Aysuna görə yox, sonradan haqqımda doğru olmayan ifadələr işlətdiyinə görə vurmuşam”.
Rəvan qeyd edib ki, 1 yanvar 2021-ci ildə "Neska" ləqəbli dostu Nəzmi ilə mağazada olublar: “Bu zaman Əhliman Nəzmini kənara çəkib, ona mənimlə dostluq etməyin məsləhət olmadığını dedi. Bunu sonradan Nəzmindən öyrəndim və Əhlimanın anamın ikinci dəfə ailə qurmasını, “yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz, Rəvana salam verən, mənə salam verməsin” kimi sözlərini deməsi xətrimə dəydi. Əhliman dəfələrlə uşaqların yanında anamın ikinci dəfə ailə qurmasına görə pisikdirib.
Mobil telefonla İnstaqram sosial şəbəkəsi vasitəsi ilə Əhlimana səsli mesaj yazdım. Əhliman da cavab olaraq ünvanıma ana-bacı söyüşü işlətdi, məni söhbətə çağırsa da, həmin gün görüşə getmədim”.
Rəvan deyib ki, bundan sonra Əhlimanın Məmməd adlı dostu ona zəng edib və Əhliman ilə aralarında olan mübahisənin doğru olmadığını, bir yerdə çay içib, söhbətin bağlanmasını, münaqişənin "mehribanlıq" ilə bitməsini istəyib: “Mən də buna razı olduğum üçün Məmmədə razılıq etdim. Yanvarın 5-də saat 13 radələrində Şəmkir şəhəri, 5-ci küçəsində yerləşən poçtun yanında Məmməd ilə görüşdüm və birlikdə köhnə stadionun yanına getdik. Orada Əlimanı gözlədik. Əhliman gələcəyini desə də, gəlmədi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra evə gedib, yemək yeyən zaman Məmməd ona zəng edib, Əhlimanın gəldiyini deyib: “Zəyəm qəsəbəsinə getməli olduğum üçün görüşü təxirə salmasını xahiş etdim. Məmməd də Əhlimanın gəldiyini və məni söydüyünü deyərək telefonu Əhlimana verdi.
Telefonla danışanda mənə təkrar ana-bacı söyüşləri etməyə başladı. Evdə olduğuma görə telefonu söndürdüm, çölə çıxdım. Təkrar Məmmədə zəng etdikdə telefonu Əhliman götürdü və məni telefonda yenidən nalayiq söyüşlərlə təhqir edərək görüşə çağırdı.
Bundan sonra Məmmədlə danışaraq onları məktəbin həyətində gözlədiyimi dedim. Həmin vaxt Məmməd mənə Əhlimanın üzərində bıçaq ola biləcəyini söylədi. Bir az sonra Əhliman, Məmməd, Sənan, Aydın və Həsən gəldilər.
Əhliman əynindəki pencəyi çıxararaq əlini belinə atıb məktəbin həyətindəki təpədən aşağı düşdü, mənim üzərimə gəldi. Məni yenidən söydüyündən əsəbiləşdiyim üçün üzərimdə olan bıçağı çıxardım, Əhlimanı qorxutmaq məqsədilə üzərinə getdim. Əhliman gəldiyi istiqaməti dəyişərək məndən aralandı, qaçmağa başladı. Qaçanda ayağı büdrəyərək yıxıldı. Ona söyüş söyməməsi barədə xəbərdarlıq etdim.
Əhliman şam ağacları əkilmiş təpənin başına qalxdı, yerdən daş götürərək mənə tərəf atdı, arxaya çevirildiyim üçün daş sol çiynimə dəydi. Yenidən əyilərək daş götürüb mənə tərəf atmaq istəyəndə bıçaqla qorxutmaq üçün ona bir zərbə vurdum. Əhliman təpədən aşağı düşərək yerə çökdü. Sonra ayağa qalxaraq bir-iki addım atdıqdan sonra yerə yıxıldı. Hadisə yerində olan uşaqlar Əhlimanın yanına qaçdılar. Məmməd bildirdi ki, Əhlimanın qardaşına zəng etmişik, qaç burdan, onlar da gəlib, səni vura bilərlər. Mən də qorxduğum üçün məktəbin arxasına getdim”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Rəvan 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO