Hadisə
Müharibə iştirakçısı İH-dən çıxdıqdan sonra intihar edib?
Sabirabad rayonu sakini, Vətən müharibəsi iştirakçısı, 1986-cı il təvəllüdlü Maşallah Manafov Cavad kəndində özünü asaraq intihar edib.
Onun Sabirabad rayon İcra Hakimiyyətinin binasından çıxdıqdan sonra intihar etdiyi iddia olunub.
Məsələ ilə bağlı Axar.az-a Sabirabad rayon İcra Hakimiyyətindən bildirilib ki, intihar hadisəsindən əvvəl M.Manafov qəbulda olmayıb:
“Rəsmi olaraq İcra Hakimiyyətinə gələn vətəndaşlar qeydiyyata alınır. Bu gün icra başçısının qəbul günü olmasına baxmayaraq, həmin vətəndaş bura müraciət etməyib. İcra Hakimiyyətinin bu məsələdə adının hallanması isə müəmmalıdır. Amma M.Manafov bizə fevral ayında işlə təmin olunmaqla bağlı müraciət edib. İcra Hakimiyyəti onu rayon ərazisində “Əmin” adlı mağazada işə düzəldib”.
İH-dən qeyd edilib ki, Vətən müharibəsi iştirakçısının özünü inzibati binanın qarşısında öldürdüyü də iddia edilib:
“O, həyatına kəndə məxsus əkin sahəsində son qoyub. Hazırda faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır”.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi






.jpg)




























.jpg)

.jpg)