Hadisə
Velosiped oğruları saxlanıldı - VİDEO
Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində metronun “28 May” stansiyasının yaxınlığında yerləşən parkinqdən silsilə velosiped oğurluqları edən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, tədbir zamanı Sərxan Əhmədov və Şahverdi Zeynalov saxlanılaraq məsuliyyətə cəlb olunublar.
Onlar ifadələrində ayrı-ayrı vaxtlarda qeyd edilən ərazidən 5 nəfərin velosipedini oğurlayaraq satdıqlarını bildiriblər.
Hadisələrlə bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırmalar aparılır. Saxlanılan şəxslərin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Sərxan Əhmədov və Şahverdi Zeynalovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki səhifələrinə məlumat verə bilərlər.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi






.jpg)











.jpg)
















.jpg)

.jpg)