Hadisə
“O, içəridə yatanda bizə pul qaytaracaq?" - Şahmar Vəliyevin vəkili
Respublikanın hərbi prokuroru Xanlar Vəliyevlə Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı olan Şahmar Vəliyevin adı 1 milyon dollarlıq dələduzluq işində keçir. İddia edilir ki, bu pulun yarısından çoxu Şahmar Vəliyevindir.
Publika.az xəbər verir ki, Cəfər Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq ittihamı ilə mühakimə olunur.
O, plastik boru istehsalında istifadə olunan “kroşkaların” - xırda hissəciklərin (rəsmi adı P-100 markalı material) İrandan gətirilməsi və Azərbaycanda satışıyla məşğul olub.
İyulun 4-də məhkəmədə danışdığına görə, onun İranda ticarət tərəfdaşı Əkbər adlı şəxs olub və Azərbaycandakı biznes ortaqlarından aldığı pulları məhz Əkbərə göndərib. Əvəzində İrandan sözügedən material gəlib. Uzun müddət belə çalışıblar. Sonuncu dəfə pul göndəriləndən bir müddət sonra Əkbər “yoxa çıxıb”.
“Ona nə qədər zəng eləsəm də, tapa bilmədim. Malı göndərmədi, özü də yoxa çıxdı. Mal üçün pul verən adamların qabağında mən qaldım. Onlar pullarını məndən tələb eləməyə başladılar” - Cəfər Əliyevin sözləridir.
Onun dediyinə görə, 550 min dollar Şahmar Vəliyevin, toplam 500 min dollar da daha 4 nəfərin (Elnur Qəhrəmanov, Sadıq Yusifov, Vaqif Rzaquliyev və Əkrəm Əliyev) idi.
Cəfər Əliyev iddia edir ki, Şahmar Vəliyev o pulun əvəzində nəyi varsa əlindən alıb, amma yenə ondan şikayətçidir:
“Vəziyyət belə olandan sonra Şahmar Vəliyev öz şirkətində - “Azneftmaş”da işçisi olan Etibar Quliyevin adına mənimlə 550 min dollarlıq borc müqaviləsi bağlatdırdı. Sonra həmin müqavilə əsasında məni mülki qaydada məhkəməyə verib, əmlakıma yönəltdirdi, nəyim vardısa - evimi, bağımı, maşınımı - əlimdən aldı. Bununla da kifayətlənmir, indi də məndən şikayətçidir”.
O, 2015-ci ildən Vəliyevlə biznes əlaqələri olduğunu söyləyib. Əvvəlki üç il boyunca, əsasən, tikinti işlərilə müştərək məşğul olublar:
“2018-ci ildən sonra “kroşka” məsələsilə bağlı ünsiyyətimiz olurdu”.
Zərərçəkmiş qismində çağrılan Şahmar Vəliyev məhkəməyə gəlməyib. Onu nümayəndəsi təmsil edir və dəymiş ziyanın ödənilməsini tələb edərək, C.Əliyevin həbsinə qarşı olduqlarını deyir: “O, içəridə yatanda bizə pul qaytara biləcək?”
İyulun 4-dəki məhkəmədə çıxış edən zərərçəkən Sadıq Yusifov Cəfərin ona da 130 min dollar borcu qaldığını bildirsə də, başına gələnləri anlayışla qarşıladığını və bu üzdən ondan şikayətçi olmadığını söyləyib:
“Biznes olub, kiməsə pul verib, onda qalıb. Sonra pandemiya düşdü ortaya. Adamın evini, bağını, maşınını da alıblar əlindən. İndi necə eləyək? O içəridə yatmaqla bizə borcunu qaytaracaq?”
Cəfər Əliyev CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham edilir. Bu maddədə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.
("Azadlıq" radiosu)
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO