Hadisə
Müavin dindirilir, direktor araşdırılır - Lənkəran OLAYI
Hazırda məktəb direktoru ilə bağlı digər məsələləri də araşdırırıq.
Publika.az xəbər verir ki, bu sözləri Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov Baş Prokurorluğun Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova barədə təqdimatı haqda danışarkən deyib.
O bildirib ki, tapşırığa əsasən məktəbdə yoxlamalar aparılır:
“Baş verən məsələ ilə bağlı direktorla bir neçə dəfə danışmışam. Bu gün valideynlə də görüşəcəm. Hadisə ilə bağlı hüquqi və inzibati olaraq düzgün qərar veriləcək”, - E.Nəcəfov deyib.
Qeyd edək ki, bir neçə gün öncə Lənkəran şəhər icra başçısının müavini Rasilə Arifqızı və V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova birincinin evində həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq tətbiq edib. Baş Prokurorluq artıq cinayət işi başladıb və R.Arifqızı ilə bağlı İH-yə, direktor Yeganə Əsgərova ilə bağlı isə Regional Təhsil İradəsinə təqdimat göndərilib.
Lənkəran rayonunun icra başçısı Taleh Qaraşov artıq müavini Rasilə Arifqızını vəzifədən azad edib.
Direktorla bağlı isə hələ qərar verilməyib.
(Axar.az)
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp

























.jpg)
.jpg)





