Hadisə
Azyaşlıları narkokuryerliyə cəlb edən dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
Bakıda uşaqları narkokuryerliyə cəlb etmək istəyən dəstə üzvləri saxlanılıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik maddələr keçirən, onlayn yolla narkotiklərin satışını təşkil edən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan və azyaşlıları narkokuryerliyə cəlb edən mütəşəkkil dəstənin daha 19 üzvü saxlanılıb.
Həmin şəxslərdən ümumilikdə 154 kiloqram narkotik vasitə və psixotrop maddə, 1752 ədəd psixotrop tərkibli həb, 3739 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu və 33 ədəd “Makarov” markalı tapançaya aid patronlar aşkar edilib.
Daxil olmuş məlumat əsasında Bakı şəhəri və bölgələrdə həyata keçirilən xüsusi əməliyyatlar zamanı Aqil Ağazadə, Əlizadə Baxşıyev və Əzim Əzimov saxlanılıblar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 103 kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 34 kiloqram heroin, 14 kiloqram tiryək, 15 kiloqram metamfetamin, 40 kiloqram marixuana, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitləri və onlayn satış zamanı istifadə olunan plastik kartlar aşkar edilib. Adları çəkilən şəxslərin əsas məqsədi qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələri satmaqla yanaşı, yeni-yeni insanları asan yolla pul qazanmaq adı altında şirnikləndirərək narkokuryerliyə cəlb etmək olub.
Qeyd edək ki, Əzim Əzimovun Sabunçu rayonunda yerləşən, suvarma, havalandırma və işqlandırma sistemi ilə təchiz edilən torpaq sahəsindən əlavə olaraq aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi yaş halda çəkisi 2 ton 600 kiloqram olan 3724 ədəd çətənə kolu da aşkar olunub.
Keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq qeyd edilən dövr ərzində narkotiklərin intensiv satışını təşkil edən daha 16 nəfər saxlanılıb. Onlardan 51 kiloqram müxtəlif növ narkotik vasitə və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Bir daha vətəndaşları sağlam gələcək naminə narkotiklərdən uzaq durmağa, narkotacirlərin yalan vədlərinə inanmamağa və bu sahədə polis əməkdaşlarına dəstək olmağa çağırırıq.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO











.jpg)























.jpg)


