Hadisə
Azərbaycanda polis leytenantı faciəvi şəkildə öldü
Bakı-Qazax-Gürcüstan Respublikası avtomagistralının 454-cü kilometrliyində yol nəqliyyat hadisəsi baş verməsi ilə bağlı Ağstafa rayon Polis Şöbəsinin, Ağstafa rayon Prokurorluğunun və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin 9-cu tağımının əməkdaşları hadisə yerinə yollanıb.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
İlkin araşdırmalar nəticəsində sürücü, 1988-ci il təvəllüdlü Aqil Alıyevin idarə etdiyi "Hyundai" markalı avtomobilin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması və sürücünün ölməsi müəyyən edilib. Qeyd edim ki, A. Alıyev Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin İnzibati Təcrübə üzrə baş inspektoru, polis leytenantıdır. Hadisə ilə bağlı Ağstafa rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...








.jpg)


.jpg)





















.jpg)
.jpg)

