Hadisə
Qanunsuz ov edən şəxslər saxlanıldı - FOTO
Lənkəranda qanunsuz ov edən şəxslər saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb. Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Nərimanabad qəsəbəsi ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz olaraq ov edən İ.İmanov və N.İmaməliyev saxlanılıblar.
Onlardan 2 ədəd ov tüfəngi, digər ov alətləri və qanunsuz olaraq ovladıqları 63 ədəd çöl quşu aşkarlanıb.
Faktlarla bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) və 590.1-ci (Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) maddələri ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.
-
İdman20:55“Sabah” “Slaviya”ya qarşı - CANLI/YENİLƏNİR
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu






.jpg)
.jpg)



.png)
























