Hadisə
İkiyaşlı uşağını bıçaqladı, özü isə...
Leninqrad vilayətinin Kirişski rayonunda 23 yaşlı gənc ata azyaşlı oğluna bıçaqla xəsarət yetirib. Xəsarət nəticəsində azyaşlı ölüb. Bundan sonra hadisəni etməkdə təqsirli bilinən ata intihara cəhd edib.
Publika.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
İlkin məlumata əsasən, yanvarın 14-də səhər saatlarında Krişi şəhərində mənzillərin birində ölümcül bıçaq yarası alan iki yaşlı uşağın meyiti tapılıb. Hadisənin baş vermə səbəbi haqqında hələlik məlumat yoxdur. Naməlum səbəbdən oğluna bıçaqla hücum edən, oğlunu öldürməkdə ittiham edilən ata şübhəli olaraq bilinir. Həmin şəxs hadisəni törətdikdən dərhal sonra intihar edib.
Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilən şəxs təcili tibbi yardım maşını ilə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onu həyata qaytarmaq üçün mübarizə aparır.
Qeyd edək ki, daha əvvəl Qaraçay-Çərkəzdə yeni doğulmuş qızını bıçaqlayan ana haqqında məlumat daxil olub. Sözügedən qadının mühakimə olunacağı bildirilib.
Ayşən
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)