Hadisə
Tovuzda naməlum əşya partladı: gəlin və qaynana xəsarət aldı
Tovuzda gəlin və qaynanası naməlum cismin partlaması nəticəsində xəsarət alıb.
Publika.az xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.
Kənd sakinləri, 1961-ci il təvəllüdlü Tağıyeva Roza Abbas qızı və onun gəlini, 1992-ci il təvəllüdlü Esmira Xəqani qızı Tağıyeva yaşadıqları evin həyətində çörək bişirən zaman ocağa odun qoyduqdan bir müddət sonra partlayış baş verib.
Hadisə nəticəsində R.Tağıyeva qarın nahiyəsindən, onun gəlini isə əl və üz nahiyəsindən xəsarət alıb.
Hər ikisi xəstəxanaya yerləşdirilib, onlardan R.Tağıyeva cərrahiyyə əməliyyatı olub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Yaxınlarının deməsinə görə, partlayışa odunun içərisində olan naməlum hərbi sursatın partlaması səbəb olub. Belə ki, Ermənistanla sərhəddə yerləşən kənd ərazisi daha əvvəl tez-tez atəşə tutulub. Güman edilir ki, həmin dövrdə atılan hansısa hərbi sursat odunun içərisində qalıb.
Faktla bağlı araşdırma aparılır.
-
Avropa22:12Papa əməliyyat olundu
-
İdman22:00“Sabah” “Slaviya”nı məğlub edir - CANLI/YENİLƏNİR
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”






.jpg)
.jpg)



.png)





















