Hadisə
İki şəhid anası: Balalarımdan mənə tək o qalmışdı, onu da əlimdən aldılar
"Çantamla birgə onun içində oğurlanan nə pul, nə də mobil telefonun əşya olaraq mənim üçün heç bir önəmi yoxdur. Məni sızladan məsələnin mənəvi tərəfidir".
Bu sözləri Publika.az-a Mingəçevir Şəhidlər Xiyabanında əl çantası oğurlanan iki şəhid anası Sevinc Əhmədova deyib.
Ana bildirib ki, onu ağrıdan çantasının oğurlanması deyil, çantadakı mobil telefonun yaddaşındakı xatirələrdir: "O telefonumda şəhid övladlarımın fotosu, videosu və səs yazıları var idi. Övladlarımın xatirəsindən yeganə təsəllim onlar idi. Onu da oğurladılar. Oğrunun o görüntüləri siləcəyindən qorxuram"
Zəfər yürüşündə eyni vaxtda iki oğlunu - Əli və İslam Əhmədov qardaşlarını itirən şəhid anası başına gələnlərin ağlasığmaz və utancverici olduğunu deyir:
"Görünür Şəhidlər Xiyabanı heç də hər kəs üçün müqəddəs ünvan sayılmırmış. Elə olmasaydı, belə bir oğurluq da olmazdı. Həmişəkindən heç nə ilə fərqlənməyən bir ziyarətim idi. Oğullarımı ağladım, qəbirlərin üstünü, baş daşını və ətrafını təmizləməyə başladım. Çantamı övladlarımın birinin qəbrinin üstünə qoymuşdum. Özümdə deyildim. Bir də ayıldım ki, nə çanta var, nə də içindəkilər".
Sevinc Əhmodovanın sözlərinə görə, çantada elə də çox pul olmayıb, mobil telefonu da bahalı deyil. Onu ağrıdan və yandıran isə belə bir müqəddəs yerdə oğurluq hərəkəti və ən əsası da telefonunun içində saxlayıb əzizlədiyi və təsəlli tapdığı xatirələrinin itməsidir.
"Polisə məlumat verilib və onlar oğrunu tapacaqlarına söz verib. Tək qorxduğum şey telefonun içindən övladlarımın şəklərinin, videolarının və səs yazılarının silinmiş olmasıdır. Olanım iki oğlum idi onlar da bu vətən yolunda şəhid oldu. Yeganə təsəllim telefonumda onlardan qalan xatirəlırələr idi. Onlardan geriyə bir o qalmışdı, onu da mənə çox gördülər", - deyə şəhid anası vurğulayıb.
Ehtiram Muradov
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə






.jpg)
.jpg)



.png)





















