Hadisə
Həyat yoldaşını qətlə yetirən şəxs 11 il azadlıqdan məhrum edildi
Ötən il dekabrın 7-də Şəmkir rayonun Könüllü kəndində, 1989-cu il təvəllüdlü Aynurə Elman qızı Orucovanı qətlə yetirən şəxs 11 il azadlıqdan məhrum edilib.
Publika.az report-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Şəmkir rayonu, Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Aynurə Elman qızı Orucovanın qətlində təqsirləndirilən onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Mahiyyəddin Nidayət oğlu Atakişiyevə höküm oxunub.
Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunan M.Atakişiyev 11 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, cütlüyün 3 övladı var və ailə M.Atakişiyevin ata evində yaşayıb. Hadisə də həmin evdə baş verib. Həbs olunan M.Atakişiyev ailə daxili mübahisə zəminində A.Orucovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
-
Avropa22:12Papa əməliyyat olundu
-
İdman22:00“Sabah” “Slaviya”nı məğlub edir - CANLI/YENİLƏNİR
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”






.jpg)
.jpg)



.png)





















