Hadisə
Bərdə bazarındakı yanğın söndürüldü - Yeniləndi
Məlumat verildiyi kimi, bu gün səhər saatlarında Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 5 ünvanında yerləşən bazar ərazisində baş vermiş yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Publika.az xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 4000m² olan 174 mağazadan ibarət bazar ərazisində 26 ədəd geyim, xırdavat və təsərrüfat malları magazalarının yanar konstruksiyaları 800m² sahədə və içərisində olan əşyalar yanıb.
Bazar ərazisində olan digər bitişik mağaza və obyektlər yanğından mühafizə olunub. Yanğınla mübarizə tədbirlərində DYMX-nin Bərdə, Yevlax, Tərtər, Ağdam, Ağcabədi,Naftalan rayonlarının Yanğından Mühafizə hissələri və Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin ümumilikdə 11 texnikası və 65 nəfər canlı qüvvəsi iştirak edib.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
xxx
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bərdə şəhərində yerləşən “Köhnə bazar” adlanan ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Bu barədə Publika.az-a FHN-dən bildirilib.
Yanğınsöndürənlərin fədakarlığı sayəsində yanğının mürəkkəbliyinə baxmayaraq geniş sahəyə yayılaraq böyük fəsadların yaranmasına imkan verilməyib.
Əlavə məlumat veriləcək.
X X X
Bərdədə “Köhnə bazar” adlanan ərazidə yanğın olub.
Bu barədə Publika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin “112” qaynar telefon xəttinə “Köhnə bazar” adlanan ərazidə yanğın baş verməsi barədə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
-
Rəsmi xronika14:28Bu qanun 6 aydan sonra qüvvəyə minəcək
-
MDB14:26Moskva qərarını verdi: Bundan sonra hər şeyi cəbhə həll edəcək
-
Sosial14:02Bu görüntülər sertifikasiya imtahanına damğa vurdu – Müəllim cütlüyünün... - VİDEO
-
Dünya12:10Rutte Trampı belə sakitləşdirdi - Ağ Evdə diqqətçəkən anlar
-
Rəsmi xronika11:27İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi
-
ABŞ09:33ABŞ Türkiyənin iki şirkətini və 7 rusiyalını sanksiya siyahısından çıxardı
-
Dünya07:357,5 bal gücündə zəlzələ bu ölkəni silkələdi - Ölü sayı 100 mini keçə bilər
-
Dünya05:15Rusiyaya yeni zərbələr endiriləcək - Zelenski əmr verdi











.jpg)















.jpg)








