Hadisə
Xocalıda yüksək vəzifədə işləmiş şəxs həbs edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xocalı rayon Məşğulluq Mərkəzinin sabiq müdiri həbs edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, 1991-1998-ci illərdə mərkəzə rəhbərlik etmiş 1961-ci il təvəllüdlü Oqtay Məmmədov barəsində dələduzluq əməlinə görə cinayət işi açılıb. Onun haqqında Bakı şəhər Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsilə açılmış işin materialları Nizami rayon Məhkəməsinə göndərilib.
Məlum olub ki, keçmiş məmur həmyerlisini aldadaraq ona ikinci qrup əlillik təqaüdü almasına köməklik edəcəyinə dair yalan vəd verib. Bu məqsədlə o, həmyerlisindən 11 min manat pul alıb, lakin vədinə əməl etməyib. Barəsində cinayət işi açıldıqdan sonra Oqtay aldığı puldan 3800 manatını geri qaytarıb. Lakin yerdə qalan pulu ödəməyib.
Nizami rayon Məhkəməsi sabiq müdirin 2 il 3 ay müddətinə həbs edilməsi barədə hökm elan edib. O, məhkəmədən təcridxanaya göndərilib.
Turqut Seyidov
-
İqtisadi gündəm20:34Azərbaycanlı iş adamı milyonluq kompleks aldı
-
Region19:30Güclü yağış Türkiyədə fəlakətə səbəb oldu: Ölənlər var - Foto
-
Hadisə18:50Xəzərdə daha bir zəlzələ oldu
-
Kriminal18:30Saxta generalın azyaşlıya işgəncə verən oğlu və sevgilisi ilə bağlı qərar - Foto
-
Dünya16:59ABŞ-İran razılaşmasının qalibi bu ölkədir - 1922-ci ildəki Türkiyə kimi...
-
Avropa16:35Ruttenin Trampa dəstəyi: NATO İran müharibəsinə qoşula bilər
-
Nida Təhlil 16:08Qalibaf müəmması: İranı danışıqlarda Trampın “seçdiyi” şəxs təmsil edəcək?
-
Magazin115:16"Neçə Xalq artistinin əməliyyatını etdirmişəm"













.jpg)























