İdman
“Napoli” Konteni əvəz edəcək məşqçilərin siyahısını hazırladı: Görün kimlər var
“Napoli” rəhbərliyi komandanın baş məşqçisi Antonio Kontenin İtaliya milli komandasına keçəcəyi halda onun mümkün əvəzləyicilərinin siyahısını müəyyənləşdirib.
Publika.az xəbər verir ki, bu barədə insayder Nikola Skira məlumat yayıb.
Məlumata görə, Konte komandadan ayrılsa, Neapol klubu əsas namizədlər kimi Vinçenso İtalyano və Enzo Mareskanı nəzərdən keçirəcək. Eyni zamanda idman direktoru Covanni Mannanın siyahısında Daniele De Rossi və Fabio Qrossonun da adları yer alır.
56 yaşlı Konte 2024-cü ilin iyulundan “Napoli”yə rəhbərlik edir və onun müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir. Cari mövsümdə komanda onun rəhbərliyi altında bütün turnirlərdə 43 oyun keçirib, 25 qələbə qazanıb, 7 dəfə heç-heçə edib və 11 məğlubiyyət alıb.
Xatırladaq ki, Konte daha əvvəl İtaliya millisinin baş məşqçi postuna namizəd göstərilməsindən məmnun olduğunu bildirsə də, hazırda diqqətini mövsümü klubla uğurla başa vurmağa yönəltdiyini qeyd edib.
Milli komandadakı baş məşqçi vəzifəsi Cennaro Qattuzonun istefasından sonra boş qalıb. O, komandanın 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra postundan ayrılmışdı.
-
Rəsmi xronika17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq






.jpg)








.jpg)



















