Nida Təhlil
Qalibaf müəmması: İranı danışıqlarda Trampın “seçdiyi” şəxs təmsil edəcək?
ABŞ-la danışıqlarda İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqir Qalibaf rəhbərlik edəcək. Daha öncə əsas təmsilçinin xarici işlər naziri Abbas Əraqçinin olacağı gözləntisi fonunda bu dəyişiklik diqqət çəkir.
Qalibaf mühafizəkar qanadın təmsilçisi olsa da, diplomatiyanın tərəfdarı kimi çıxış edir və rejim daxilində müəyyən nüfuza da malikdir, hətta adı post-Xamenei dövründə dini liderliyə namizədlər arasında da hallanırdı. Müharibə günlərində Qalibaf Laricaninin öldürülməsindən sonra İran rejiminin siyasi qanadında əsas fiqur kimi önə çıxmağa başladı. Diplomatiya tərəfdarı olması onu SEPAH daxilində radikal qanadla üz-üzə gətirir. Trampın Hörmüz boğazının açılması üçün İrana 5 günlük müddət verdiyi vaxt Qalibafın adı ABŞ-la danışıqları aparan şəxs qismində hallanırdı, hərçənd, SEPAH bu təmaslara isti yanaşmırdı. Qalibafın adı İsrail mediası tərəfindən tirajlanmışdı. İsrailin anlaşmaya qarşı olması fonunda “danışıqlar aparan şəxsin” adını hallandırması Qalibafı radikal mövqedən çıxış edən SEPAH-ın hədəfinə çevirmək məqsədi kimi də görünürdü. Lakin o, hələ də sağ qalmağı bacarıb. Bunun səbəblərindən biri də ABŞ və İsrailin Qalibafla Əraqçinin adını “hədəf siyahısı”ndan çıxarması idi. Bu, mümkün danışıqlarda İranı təmsil edəcək şəxslərin saxlanılmasına hesablanmaqla yanaşı, ABŞ-ın rejimi daxildən “yeniləmək planı”nın tərkib hissəsi kimi də görünür.
“Poitico” nəşri müharibənin 25-ci günündə yazırdı ki, Tramp Qalibafı İranın yeni dini lider postuna namizəd kimi nəzərdən keçirir. Xameneidən sonra oğlu Müctəba Xamenei dini lider seçilsə də, fiziki baxımdan bu missiyanı icra edəcək vəziyyətdə olmadığı haqda məlumatlar var. Bu baxımdan, Qalibafın ABŞ üçün hələ də əsas namizəd kimi qaldığı istisna edilməməlidir. Danışıqlarda İran nümayəndə heyətinə Qalibafın rəhbərlik etməsinə də bu konteksdə baxmaq olar.
Bu vəziyyət Qalibaf üçün riskli perspektivlər vəd edir: post-müharibə dövrünün yeni reallıqlarında İrana rəhbərlik edə bilər, ya da SEPAH-ın hədəfinə çevriləcək.
Asif Nərimanlı
-
Magazin220:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO













.jpg)

















.jpg)




