Nida Təhlil
İranın Bakıdakı səfirliyinin qəribə bəyanatı – SEPAH hücuma hazırlaşır?
İranın Azərbaycandakı səfirliyinin “İsrailin müharibə coğrafiyasını Xəzər və Qafqaza genişləndirmək təxribatlarına qarşı mübarizənin zəruriliyi” haqda bəyanatı Trampın hücum xəbərdarlığı, SEPAH-ın isə “ABŞ-ı və region ölkələrini” təhdid etməsi fonunda qəribə görünür.
Bəyanatda deyilir: “Naxçıvana şübhəli PUA zərbəsi (?) hadisəsindən, İran limanlarının və Xəzər dənizindəki kommersiya gəmiçiliyinin hədəfə alınmasından, habelə Xəzər üzərində mülki aviasiya təhlükəsizliyinin təhdid edilməsindən sonra, ABŞ və İsrail İranın Azərbaycan Respublikası ilə həmsərhəd bölgələrinə (Muğan düzü) hücum edib”.
Səfirlik iddia edir ki, ABŞ və İsrail müharibə alovunu Xəzər dənizi və Cənubi Qafqaza yaymaq məqsədilə təxribat qurub. Vurğulanır ki, bu təxribatların neytrallaşdırılması üçün region ölkələrinin təcili və qətiyyətli tədbirlər görməsi böyük əhəmiyyət kəsb edir.
Naxçıvana PUA zərbəsinin şübhəli elan edildiyi bəyanatda “ABŞ və İsrailin müharibə alovunu Xəzər dənizi və Cənubi Qafqaza yaymaq məqsədilə təxribat hazırladığı” haqda deyilənlər xüsusilə diqqət çəkir. Və “Naxçıvan ssenarisinin təkrarlanmasına hazırlıq gedir” sualını ön plana çıxarır.
Müharibə başlayandan dərhal sonra İran körfəz ölkələrini hədəfə aldı, ardınca informasiya müstəvisində “sionistlər Azərbaycanda məktəbə hücum edəcək” iddiaları yayıldı, Naxçıvanda məktəb də daxil olmaqla mülki obyektlərə hücum edildi və məsuliyyətdən yayınmağa çalışdılar. Səfirliyin Naxçıvan hücumu şübhə altına alması İranın mövqeyinin dəyişmədiyini göstərir. Bu kontekstdə İran səfirliyinin “ABŞ və İsrailin təxribat hazırladığı” iddiası SEPAH-ın “Cənubi Qafqazı regional hədəf siyahısına daxil etdiyi” şübhələrini yaradır. Belə bir hücum olarsa, səfirliyin bəyanatı İran üçün “alibi” rolunu oynayacaq.
Və maraqlıdır ki, “təxribatın Cənubi Qafqaz və Xəzər regionunda” hazırlandığı deyilsə də, İranın digər region ölkələrində - Ermənistan və Gürcüstandakı səfirliyi analoji bəyanat verməyib. Azərbaycandakı səfirliyi niyə belə bir bəyanat verdi, ictimai rəyi hansı istiqamətə fokuslamaq cəhdləri edilir? Şübhələr çoxdur.
Asif Nərimanlı
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





