Hadisə
İcra başçısı həbsdən şikayət yazdı - Bunu tələb edir
Korrupsiya cinayətlərində təqsirli bilinərək 11 il 6 ay azadlıqdan məhrum edilmiş Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov hökmdən narazıdır.
Publika.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, eks-icra başçısı saxlanıldığı istintaq təcridxanasından apellyasiya şikayəti yazıb.
Alimpaşa Məmmədov ona təyin olunmuş cəzanı həddən artıq ağır hesab edir. Ərizədə özünü qismən təqsirli bildiyini və bu səbəbdən həmin maddələrlə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza, digər maddələrlə bəraət verilməsini xahiş edir.
Şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu. Keçmiş icra başçısı xüsusilə külli miqdarda mənimsəmə, rüşvət alma, qanunsuz əldə edilmiş pulları leqallaşdırma və digər maddələrlə təqsirli bilinib.
-
Magazin220:24Bülent Ərsoy reklam qonorarı ilə rekord qırdı
-
Magazin119:24"Atışma səsləri, alovların içindən keçdik" - Ölümlə üz-üzə qaldılar
-
Hadisə18:00Ağcabədidə dəhşətli qətl: Ər arvadını balta ilə doğradı
-
MDB17:41Məşhur aktrisanı maşın vuraraq öldürdü
-
Elm və təhsil17:22Əməkdar həkimə vəzifə verildi - Foto
-
MDB17:09Turistlər dəhşətli meşə yanğınını belə törətdilər - Video
-
İdman15:54Ronaldo bir dəfə saunada bədənini göstərib soruşdu ki… - Antoni
-
Ekologiya15:46Hava ilə bağlı xəbərdarlıq




























.png)

.jpg)






