Maraq dünyası
İlon Maskın dodaq uçuqladan MAAŞI
İlon Maskın 2025-ci il üçün Tesla şirkətindəki mümkün maaşı on ikirəqəmli rəqəmə çata və 158 milyard dollar təşkil edə bilər.
Publika.az xəbər verir ki, bu barədə "The Times" nəşri təşkilatın tənzimləyici hesabatına istinadla məlumat yayıb.
Söhbət kompensasiya müqaviləsi çərçivəsindəki tranşdan gedir ki, həmin razılaşmaya əsasən səhmdarlar dünyanın ən zəngin adamının tələb etdiyi bir trilyon dollarlıq ödənişlə razılaşıblar.
Bununla belə, faktiki məbləğ hədəf göstəricilərinin yerinə yetirilməsindən asılıdır. Mükafatın birinci hissəsini almaq üçün Maskın rəhbərlik etdiyi "Tesla"nın kapitallaşmasını 1,2 trilyon dollardan 2 trilyon dollara çatdırmaq lazımdır. Tam paketi əldə etmək üçün isə kapitallaşma 8,5 trilyon dollara çatmalı, həmçinin robotların və pilotsuz taksilərin kütləvi istehsalı təmin edilməlidir.
Trilyon dollarlıq misilsiz motivasiya paketi barədə ötən payızda məlumat yayılmışdı. Bundan əvvəl "Tesla" şirkət rəhbərinə 96 milyon səhmdən ibarət paket verilməsini təsdiqləmişdi ki, bu da 2025-ci ilin avqust ayına olan vəziyyətə görə təxminən 29 milyard dollar dəyərində qiymətləndirilirdi. Mask daha iki il şirkətdə çalışacağı təqdirdə həmin paketi alacaq.
Hüseyn İbadlı
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?























.jpg)












