Hadisə
"Lotu Quli"nin yaxın adamı Azərbaycanda belə öldürüldü - TƏFƏRRÜAT
Goranboyda 40 yaşlı piyada avtomobilin altında qalaraq vəfat edib.
Publika.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Veyisli kəndində qeydə alınıb.
"Ford Fusion" markalı minik maşını ilə hərəkətdə olan Tarzan Şamilov həmkəndlisi Əhməd Ərəbovu vurub. Ağır xəsarət alan Ə.Ərəbov xəstəxanada ölüb.
Əldə etdiyimiz ilkin məlumata görə, mərhum Əhməd Ərəbov kənddə "Kürd Amo" kimi tanınıb. O, 3 il əvvəl külli miqdarda qanunsuz narkotik dövriyyəsinə görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
"Kürd Amo"nun yaxınları və şahidlər iddia edir ki, qohumu Tarzan Şamilov hadisəni qəsdən törədib. Belə ki, sürücünün maşınla mərhumun üstündən bir neçə dəfə keçdiyi də deyilir.
T.Şamilov artıq polis əməkdaşları tərəfindən saxlanılıb. İstintaq bütün iddialarla bağlı araşdırma aparır.
***
Kriminal aləmdə "Kürd Amo" kimi tanınan Əhməd Ərəbov Azərbaycanda öldürülüb.
Publika.az metbuat.az-a istinadən xəbər verir ki, Ə. Ərəbov Goranboy rayonunda xüsusi amansızlıqla qətlə yetirilib.
"Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun tərəfdarlarından olduğu deyilən Əhməd Ərəbovun ölümünə torpaq üstə mübahisə səbəb olub.
Məlumata görə, "Kürd Amo" ilə Goranboy rayon sakini T. Şamilov rayon ərazisində torpaq sahəsinə görə mübahisə edib. Mübahisədən bir müddət sonra T. Şamilovla Ə. Ərəbov rayon ərazisində qarşılaşıb. Onlar mübahisəni davam etdirərkən T. Şamilov idarə etdiyi avtomobillə Ə. Ərəbovu vurub. Bununla ürəyi soyumayan T. Şamilov idarə etdiyi avtomobillə, yaralı vəziyyətdə yerdə uzanan Ə. Ərəbovun üstündən bir neçə dəfə keçərək onu öldürüb. Hadisəni törədən sürücü ərazidən qaçıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qəza törədərək hadisə yerindən yayınan T. Şamilov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
***
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto






.jpg)








.jpg)





















