Hadisə
Dəm qazından ölən tələbə barədə yeni detallar üzə çıxdı
Azərbaycanda zəhərlənərək ölən tələbə barədə bəzi detallar məlum olub.
Publika.az xəbər verir ki, Xaçmaz rayon sakini, 1999-cu il təvəllüdlü Balabacı Manafova ailəsi ilə birlikdə kirayədə yaşadığı mənzildə dəm qazından zəhərlənib. O, ağır vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərildikdən sonra paytaxtdakı Toksikologiya mərkəzinə aparılıb.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq, B.Manafova vəfat edib.
Əslən Xaçmaz rayonunun Çinartala kəndindən olan Balabacı Manafova bir ay öncə ailə həyatı qurub.
Qeyd edək ki, Balabacı Manafova Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının Turizm işinin təşkili ixtisası üzrə 5-ci kurs tələbəsi olub.
Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.
(Unikal)
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?


















.jpg)







.jpg)










