Sosial
Valideynlərin bu vərdişi uşaqları telefon asılılığına sürükləyir
Valideynlərin övladları ilə ünsiyyət zamanı telefona üstünlük verməsi uşaqlarda telefon asılılığı riskini artırır. Çin alimlərinin araşdırması göstərib ki, bu təsir zaman keçdikcə güclənir.
Publika.az xəbər verir ki, Cənubi Çin psixoloqları bir il ərzində 807 məktəblini müşahidə ediblər. Nəticələr “Behavioral Sciences” jurnalında dərc olunub.
Araşdırmada “fabbinq” adlanan, yəni həmsöhbətlə danışarkən diqqəti telefona yönəldib onu görməzdən gəlmək vərdişinin uşaqlara təsiri öyrənilib. Orta yaşı 12 olan məktəblilər arasında keçirilən sorğular valideynlərin bu davranışı ilə uşaqların telefondan problemli istifadəsi arasındakı əlaqənin bir il ərzində gücləndiyini göstərib.
Alimlərin fikrincə, valideynlərin diqqətsizliyi uşaqların özünəinamını zəiflədə, onları telefonda təsəlli axtarmağa sövq edə bilər. Yeniyetmələr valideynlərinin davranışlarını da təqlid edirlər.
Araşdırma göstərib ki, dostları ilə sağlam münasibətləri olan uşaqlarda bu risk daha aşağıdır. Mütəxəssislər valideynlərə övladları ilə ünsiyyət zamanı telefonu kənara qoymağı, məktəblərə isə şagirdlərin sosial bacarıqlarını inkişaf etdirməyi tövsiyə edirlər.
Müəllif: Adəm
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi


















.png)


















