Hadisə
Sabiq nazir müavinini maşın vurub öldürdü
Sovet illərində yüksək vəzifələrdə çalışmış 86 yaşlı İbrahim Mustafayev Bakıda yol qəzasında həyatını itirib.
Publika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Bildirilib ki, uzun illər dövlət vəzifələrində, eləcə də nazir müavini postunda çalışmış İ.Mustafayev paytaxt ərazisində yolu keçərkən avtomobilin vurması nəticəsində ölüb. Belə ki, o, məşq etdiyi idman zalından çıxıb yolu keçərkən bədbəxt hadisə ilə üzləşib.
Qeyd edək ki, İ.Mustafayev 1938-ci ildə Nuxada (indiki Şəki) anadan olub. O, 1977-84-cü illərdə Azərbaycan SSR yerli sənaye nazirinin müavini, 1984-89-cu illərdə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin baş direktoru, 1989-94-cü illərdə Azərbaycan Yüngül Sənaye Nazirliyində şöbə müdiri, "Xalq Üçün Mallar" Dövlət Konserninin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz









.jpg)




.jpg)
























