Hadisə
Bakıda 5 800 manatlıq ət oğurlandı
Bakıda işlədiyi mağazadan 5800 manatlıq ət oğurlayan Naftalan şəhər sakini 1992-ci təvəllüdlü Elmir Əmirov həbs edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə Səbail rayonunda yerləşən “Premium ət” mağazasında baş verib.
Mağazada qəssab köməkçisi işləyən Elmir oranın sahibinin rayona getməsindən istifadə edərək mağazadan 5800 manatlıq əti maşına yükləyərək uzaqlaşıb.
Hadisənin üstü açıldıqdan sonra o, həbs edilib və barəsində cinayət işi açılıb. Bundan sonra Elmir müdirinə vurduğu ziyanı ödəyib. Nəticədə iş adamı şikayətini geri götürüb.
Səbail Rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Elmirə 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun ayağına elektron təqib cihazı yerləşdirilib və məhkəmə zalında həbsdən azad edilib.
Turqut Seyidov
-
Magazin205:15Məşhur aktrisa 103 yaşında vəfat etdi
-
İdman03:13Ronaldo cəzalandırılmasını tələb etdi
-
İdman00:45“Bayern Münhen” Kenan Yıldızı niyə pulsuz buraxdı?
-
Qoroskop00:15Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmağa çalışır
-
Magazin16 Oktyabr 23:24Tacir Şahmalıoğlu hansı xəstəliyə düçar olduğunu açıqladı - VİDEO
-
Sağlamlıq6 Oktyabr 22:48Kofeinsiz və adi qəhvə - Yaddaş üçün hansı daha yaxşıdır?
-
Hadisə6 Oktyabr 22:24O gəmidə yaralananlardan biri də Coşqun olub - FOTO/VİDEO
-
Magazin26 Oktyabr 22:12Keçmiş həbsxana gözətçisi gözəllik müsabiqəsinin finalına yüksəldi



































.jpg)

