Hadisə
Kiprdə həbs olunan 3 azərbaycanlı məhkəmə qarşısında - İttiham ağırlaşdırıldı
Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) avqustun 30-da baş verən “Filo Jet” gəmi qəzası ilə bağlı Girne Qəza Məhkəməsində keçirilən prosesdə 9 təqsirləndirilən şəxs 13-cü dəfə hakim qarşısına çıxıb.
Publika.az APA-ya istinadən xəbər verir ki, məhkəmədə şirkət direktoru Ali Özdülger, birinci kapitan Mustafa Öz, ikinci kapitan Merve Nur Seraslan, baş mexanik Zeki Öz, ikinci mexanik Metin Gül, həmçinin ekipaj üzvləri Sertan Erol, Azərbaycan vətəndaşları Qədir Quliyev, Valeh Hümmətov və Rəşad İbrahimov iştirak ediblər.
Əvvəlcə ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə araşdırılan iş üzrə ittiham ağırlaşdırılıb.
Yeni ekspertiza rəyləri və əldə edilən sübutlar əsasında 9 nəfər barəsində qəsdən adam öldürmə ittihamı ilə istintaq aparılır.
Məlumata görə, gəminin batmasına səbəb olan əsas amillərdən biri təmir işləri ilə bağlı nöqsanlar olub.
Ekspertiza nəticəsində təmir zamanı uyğun olmayan materiallardan istifadə edildiyi və işlərin lazımi şəraitdə aparılmadığı müəyyən edilib.
İstintaq zamanı gəminin su keçirməyən qapılarının açıq olduğu, təmir işləri ilə bağlı elektron poçt yazışmalarının isə əldə edilməsində çətinlik yarandığı bildirilib.
Valeh Hümmətov məhkəməyə verdiyi ifadəsində hadisə zamanı gəmidəki bütün qapıların açıq olduğunu bildirib.
Rəşad İbrahimovun da gəmidəki fəaliyyəti və hadisə zamanı üzərinə düşən vəzifələri ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəza nəticəsində 27 nəfər həlak olub, 1 nəfərin meyiti isə tapılmayıb.
-
Qoroskop00:45Günün ulduz falı: Axşam saatlarında xoş sürpriz gözlənilir
-
Dünya20 Noyabr 22:18Tramp və Si Cinpindən süni intellektlə bağlı ortaq qərar
-
Səhiyyə20 Noyabr 20:48Dərmanlar da icbari tibbi sığortaya daxil edilir - Kimlər faydalanacaq?
-
Kriminal20 Noyabr 20:00Qətlə yetirilən Gülarənin atası danışdı: Ailədə nələr yaşanıb? - Video
-
Kriminal20 Noyabr 19:10DTX-dən terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat: İki nəfər saxlanıldı - Foto
-
Nida Xəbər 20 Noyabr 15:28Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR
-
Sosial20 Noyabr 14:54Sabiq deputatın əmlakları milyonlarla manata satışa çıxarılır
-
İdman20 Noyabr 14:06Cazibədar basketbolçu soyundu: Ceyms Bondun sevgilisi olmaq istəyir - FOTO




































.png)

