Region
Paşinyan II Qareginin devrilməsi əməliyyatında iştirak etməyəcək: Amma...
Bütün ermənilərin katolikosu II Qareginin istefası tələbi ilə bağlı Eçmiədzin Ana Taxtında keçirilən görüşdə iştirak etməyə ehtiyac görmürəm.
Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 18-də jurnalistlərlə söhbətində bildirib.
O, 10 yepiskopun hərəkətlərinə rəhbərlik etmədiyini bildirərək, onları alqışladığını və dəstəklədiyini əlavə edib. Paşinyan Müqəddəs Eçmiədzin Katedralının onlara, özlərinin isə Müqəddəs Eçmiədzin Katedralına məxsus olduğunu bildirib.
"Buna görə də onların toplaşmaq çağırışı qanunidir. Mənim 10 yepiskopla yeganə əlaqəm kilsənin bərpası gündəliyidir və biz razıyıq ki, bu gündəm Ktriç Nersisyanın (Bütün Ermənilərin Katolikosu II Qaregin – red.) Ana Taxtdan uzaqlaşdırılması olmadan həyata keçirilə bilməz", - deyə Paşinyan qeyd edib.
Tural
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar















.jpg)


















