Hadisə
Şəkidən ACI XƏBƏR - 3 nəfər hadisə yerində öldü (YENİLƏNDİ)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəki rayonu, Aşağı Küngüt kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "KİA", "VAZ-2107" və "VAZ-2106" markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə "VAZ 2107" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1992-ci il təvəllüdlü Rəsullu Turan Kamal oğlunun, 1981-ci il təvəllüdlü Mehtiyeva Pərvanə Kamal qızının və Mehtiyeva Yeganə Kamal qızının meyitlərini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Bundan əlavə, yol-qəza hadisəsi nəticəsində "KİA" markalı minik avtomobilinin sürücüsü 1977-ci il təvəllüdlü Abbasov Ədalət Kamal oğlu və sərnişini 1982-ci il təvəllüdlü Həsənova Nuranə Əfsər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
xxx
20:12
Bu gün axşam saatlarında Şəki rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az Daxili İşlər Nazirliyinin Şəki regional qrupuna istinadla bildirir ki, “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
-
ABŞ21 Oktyabr 23:12
Luvr muzeyinə dəyən maddi zərər HESABLANDI
-
Magazin121 Oktyabr 23:00
Kamilənin "Son zəng" FOTOSU
-
İdman21 Oktyabr 21:48
"Atletik"lə matçda "Qarabağ"ın futbolçularını nə gözləyir? - Qurbanov AÇIQLADI
-
Hadisə21 Oktyabr 21:36
Şəkidən ACI XƏBƏR - 3 nəfər hadisə yerində öldü (YENİLƏNDİ)
-
Sosial21 Oktyabr 20:36
19 yaşlı Ləmanın atası HƏR ŞEYİ DANIŞDI: ölümünə səbəb bu olub - FOTO
-
Magazin121 Oktyabr 20:24
“Sevdimsə, bir dəliyə çevrilirəm” - FOTO
-
Kriminal21 Oktyabr 19:36
Samik Babayev Almaniyadan Azərbaycana ekstradisiya ediləcək
-
Sağlamlıq21 Oktyabr 19:00
Nar şirəsinin daha bir faydası üzə çıxdı, amma... - Həkimdən XƏBƏRDARLIQ