ABŞ
Luvr muzeyinə dəyən maddi zərər HESABLANDI
"Luvr muzeyinin qarətindən dəymiş zərər 88 milyon avro dəyərində qiymətləndirilir".
Publika.az AFP-yə istinadla xəbər verir ki, bu barədə Paris prokuroru Lor Beko məlumat verib.
O qeyd edib ki, zərərin dəyəri birbaşa muzeyin özü tərəfindən hesablanıb.
Xatırladaq ki, oktyabrın 19-da səhər saatlarında Luvr muzeyi qarətə məruz qalıb. Cinayətkarlar Apollon qalereyasına daxil olaraq doqquz ədəd zinət əşyasını oğurlayıblar. Artıq imperatriça Yevgeniyanın - Napoleon III-ün həyat yoldaşının tacı tapılıb, lakin o, küçədə sınmış vəziyyətdə aşkarlanıb. Cinayətkarların axtarışı davam edir.
Oğurlanan eksponatlardan biri imperatriça Yevgeniya de Montixonun ayaqbağıdır. Muzey onu 6,72 milyon avroya almışdı. Fransanın Mədəniyyət Nazirliyi tərəfindən tərtib olunan itkin əşyalar siyahısında həmçinin tiara, boyunbağı və sırğa yer alır. Bu zinət əşyaları əvvəlcə Hollandiya kraliçası Hortensiya de Boqarneyə, sonra isə Fransa kraliçası Mariya Amaliyaya məxsus olub. Siyahıda həmçinin Fransa imperatriçası Mariya-Luizaya aid zümrüd boyunbağı və sırğalar, eləcə də “relikvari broş” da var.
Oktyabrın 21-də məlum olub ki, Luvr qarətini həyata keçirmək üçün cinayətkarlar fiziki zorakılıqla başqa bir cinayət də törədiblər. İlkin istintaq məlumatlarına görə, onlar satış saytında Luvr balkonuna qalxmaq üçün cihaz tapıblar və satıcı ilə görüş təyin ediblər. Lakin satıcı cihaz üçün pul almayıb. Cinayətkarlar onu döyərək cihazı zorla ələ keçiriblər.
Hüseyn İbadlı
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO




























.png)

.jpg)





