Nida Təhlil
Trampla Putin arasında qalıblar: Azərbaycana dost ölkədə qarşıdurma
ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin Macarıstanda planlaşdırılan görüşünün ləğv edilməsi bu ölkənin baş naziri Viktor Orbanın daxili siyasətdə mövqelərinə mənfi təsir edib.
Publika.az xəbər verir ki, Orban Budapeştdə planlaşdırılan Tramp-Putin görüşünü qarşıdan gələn seçki kampaniyasında istifadə edəcəkdi. Lakin indi vəziyyət dəyişib.
“Guardian” yazır ki, hakim “Fides” partiyası 1956-cı ildə Macarıstanın kommunist idarəçiliyinə qarşı üsyanın yatırılmasının ildönümünə hazırlaşır. 2010-cu ildən hakimiyyətdə olan “Fides” partiyası bildirib ki, Budapeştdə keçiriləcək ildönümü mərasiminə rekord sayda iştirakçının qatılacağı və baş nazir Orbanın tərəfdarları qarşısında çıxış edəcəyi gözlənilir. Hakim partiya Tramp-Putin görüşü fonunda bu mitinqi sülh yürüşü kimi təqdim edirdi, lakin ABŞ və Rusiya liderlərinin görüşünün ləğv edilməsi planları pozub.
Bu situasiya Orbanın rəqibi Peter Maqyara sərf edib. Apreldə keçiriləcək seçkilərə altı ay qalmış Maqyarın liderlik etdiyi “Tisza” partiyasının reytinqi “Fides”lə bərabər qiymətləndirilir, hökuməti dəstəkləyən sorğu təşkilatları isə bununla razılaşmır.
Müstəqil İDEA İnstitutunun direktoru Balazs Boskei son sorğulara istinadən “Fides”in 27, “Tisza”nın 37 faiz səs alacağını proqnozlaşdırır.
“Sorğulardan çıxan əsas nəticə odur ki, hər 4 macardan biri qərarsızdır, yaxud siyasi mənsubiyyətini ifadə etmək istəmir”, - o bildirib.
Cümə axşamı Budapeştdə keçiriləcək ildönümü mərasimi hər iki partiyanın – “Fides” və “Tisza”nın sınağı ola bilər, çünki hər iki partiya mərasimə daha çox tərəfdar cəlb etmək uğrunda yarışacaq. Hakim partiya hesab edir ki, bu mitinq Orbanın mövqelərini gücləndirəcək və qərarsız seçkinin seçiminə təsir edəcək.
“Politic capital” analitik mərkəzinin direktoru Peter Kreko isə hesab edir ki, apreldə keçiriləcək seçkilər mahiyyətcə əvvəlki seçkilərdən fərqlənməyəcək.
“Son seçkilər azad keçirildi, lakin ədalətsiz oldu, çünki hakimiyyətin resursları daha çoxdur”, - o bildirib.
Hazırda Macarıstanda ciddi qarşıdurma yaşanır. Orban rəqibi Maqyarı “Brüsselə işləməkdə”, Maqyar isə onu “Rusiyaya işləməkdə” ittiham edir. Bu qarşıdurmanın seçki ərəfəsində daha da kəskinləşəcəyi gözlənilir.
Türk Dövlətləri Təşkilatına üzv olan Macarıstanda baş verənlər Azərbaycanda da maraqla izlənilir, çünki seçkinin nəticələri həm TDT-nin fəaliyyətinə, həm də Bakı-Budapeşt münasibətlərinə təsirsiz ötüşməyəcək.
Asif
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi
-
ABŞ1 Mart 18:36Trampın İranla bağlı növbəti planı































.jpg)
.jpg)




