Hadisə
Məhkəmə binasına butulka atan şəxs cərimələndi
Bakı İnzibati Məhkəməsinin binasına butulka atan şəxs inzibati məsuliyyətə cəlb olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən məhkəmənin inzibati binasında baş verib.
Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Aqil Səlimov (ad-soyad şərti verilib – red.) Bakı İnzibati Məhkəməsinin binasına butulka atıb.
Bu səbəbdən həmin şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol yazılıb.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs özünü ittiham üzrə təqsirli bilib. O bildirib ki, hadisə vaxtı içkili olub və həmin butulkanı məhkəmənin həyətinə atıb:
“Törətdiyim əməlindən peşmanam. Bu kimi hallara yol verməyəcəm. Məhkəmədən 2-ci qrup əlil olmağımın nəzərə almasını xahiş edirəm”.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, 75 manat miqdarında inzibati qaydada cərimə olunub. O, dərhal məhkəmə iclas zalından azadlığa buraxılıb.
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama
-
Nida Təhlil 12:12Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib
-
İdman11:48Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR
-
Nida Təhlil 10:48Abramyanın yeri uğrunda mübarizə - Kreml kimə “yaşıl işıq” yandıracaq?
-
Avropa10:36Ərdoğan Almaniyanı xəbərdar etdi: Avropa dağılacaq














.jpg)


.jpg)





.jpg)

















