Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR
Bizi izləyin

İdman

Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR

Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR

2025-ci il sentyabrında Karlos Soler PSJ-dən “Real Sosyedad”a keçib. Ötən mövsümü icarə əsasında “Vest Hem”də keçirən yarımmüdafiəçi üçün basklar 6 milyon avro ödəyiblər. İspan futbolçu yeni komandasında dərhal ilk titulunu - İspaniya kubokunu qazanıb. “Atletiko Madrid”ə qarşı finalda Soler 120 dəqiqə meydanda olub və penaltilər seriyasında ilk zərbəni dəqiq yerinə yetirib.

Publika.az xəbər verir ki, bundan iki ay əvvəl isə futbolçu ata olub. Ona görə də bu mövsüm onun üçün xüsusidir.

Bu xüsusiliyə rəng qatan isə sevglisi Marta Marçenadır. O, 5 may 1994-cü ildə anadan olub. Yaxın zamanda onun 32 yaşı tamam olacaq və o, Solerdən üç yaş böyükdür.

Karlos və Marta 2022-ci ildən birlikdədirlər. Həmin vaxt Soler hələ “Valensiya”da çıxış edirdi və bu komanda ilə ilk İspaniya kubokunu qazanmışdı. O, PSJ-yə də artıq Martanın sevgilisi kimi transfer olunmuşdu. 2022-ci ilin sonunda isə Marta Qətərdə keçirilən dünya çempionatında stadionlardan ona dəstək verirdi. Soler həmin turnirdə iki oyunda iştirak edib və Kosta-Rika ilə oyunda qol vurmuşdu.

O vaxtdan bəri Marta Karlosla birlikdə səyahət edir və Avropanın ən məşhur stadionlarında futbol mühitini yaxından tanıyır – Paris, London və San-Sebastyan. Yarımmüdafiəçi hər yerdə sevdiyi ilə birlikdə görünür. Təbii ki, İspaniya Kubokunun son finalından sonra da Soler Sevilyada meydanda məhz Marta ilə birlikdə şəkil çəkdirib.

“Bu, sənin ikinci Kral Kubokundur və biz hamımız səninlə fəxr edirik. Sən örnək birisən!” - deyə Marta növbəti titul münasibətilə Karlosu belə təbrik edib.

2025-ci ilin oktyabrında cütlük övlad gözlədiyini açıqlayıb: Marta “Adidas Originals”ın balaca idman ayaqqabılarının və üzərində soyad əvəzinə “Martin” yazılmış “Real Sosyedad” formasının fotosunu paylaşıb. Fevralın 20-də isə Marta və Karlos valideyn olublar. Artıq anladığınız kimi, oğullarına Martin adını veriblər.

Beləliklə, 2026-cı il Karlos Soler üçün heç vaxt unudulmayacaq...

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm