Hadisə
24 illik ərinin üzərinə qaynar yağ tökərək öldürdü
İstanbulun Üsküdar rayonunda ərinin üzərinə qaynar yağ tökərək ölümünə səbəb olan qadın barəsində 18 ildən 24 ilədək həbs cəzası tələb olunur.
Publika.az xəbər verir ki, İstanbul Anadolu Baş Prokurorluğunun hazırladığı ittihamnaməyə görə, təqsirləndirilən Zeynep Gürsul 24 illik həyat yoldaşı Sinan Gürsulu mübahisə zəminində qəsdən öldürməkdə ittiham olunur.
Zərərçəkmişin anası Meliha Gürsul hadisə ilə bağlı şikayət ərizəsi təqdim edib. İstintaq materiallarında qeyd olunur ki, cütlük uzun illərdir spirtli içki istifadəsi və ailədaxili zorakılıq səbəbindən problemlər yaşayıb. Hadisə günü evə sərxoş halda gələn zərərçəkmişin yatmasını gözləyən qadın mətbəxdə günəbaxan yağını qaynadaraq yatan ərinin üzərinə töküb.
İttihamnamədə cinayətin planlı şəkildə və xüsusi qəddarlıqla törədildiyi vurğulanır. Prokurorluq əməli dəhşətli qəddarlıqla qəsdən adam öldürmə kimi qiymətləndirib.
Qeyd edək ki, ittihamnamə Anadolu Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib və məhkəmə prosesinin yaxın günlərdə başlaması gözlənilir.
Roza
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi


































