Hadisə
Özünü şəhid xanımı kimi təqdim edərək 22 min mənimsəyənə 5 ay iş kəsildi
Özünü Antiterror əməliyyatənda şəhid olan hərbçinin xanımı kimi təqdim edən Mingəçevir sakini Rəsmiyyə Kazımova həmcinsinə qarşı 22.500 manatlıq dələduzluq edib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, o, Bərdədən olan, adını qeyd etmək istəmədiyimiz şəhidin Mingəçevirdə çox adam tərəfindən tanınmayacağını düşünərək bu şəhərdə yaşayan Afət Nəsibovanı aldadıb.
Həmin qadının etibarından sui-istifadə edən 1987-ci il təvəllüdlü Rəsmiyyə Afətə şəhid xanımı olduğu üçün ona Mingəçevir şəhəri, Qələbə dairəsi yaxınlığında 80 000 manat dəyərində mənzil veriləcəyini və Afətə istəsə, təxminən 20 000 manat ödəniş etməklə həmin mənzili onun qızına sata biləcəyini və ondan alacağı məbləği sənədləşmə üçün xərcləcəyini bildirib.
Afət onun dedikləri ilə razılaşıb və istədiyi məbləği ödəyib. Rəsmiyyə Afətlə qızına bu barədə heç kimin yanında bir kəlmə də danışmamağı tapşırıb.
Həmin ərəfələrdə Afət Nəsibova ona zəng vuraraq mütamadi olaraq evin verilməsi ilə bağlı maraqlanıb. Rəsmiyyə isə Afətin aldadılmasını başa düşəcəyini düşünüb onu inandırmaq məqsədilə yalandan bazardan kilid açarı alıb. O, açarı Afətə təqdim edərək tezliklə köçəcəyi evin açarları olduğunu bildirib. Rəsmiyyə Afətə açılış olmamış evə köçməyin qadağan olduğunu deyib.
Rəsmiyyə inamı itirməmək üçün tez tez Vatsapda şəhid arvadı olmağı ilə bağlı paylaşımlar edib, şəhidin şəkillərini status bölməsində yayımlayıb. Maraqlıdır ki, həmin statuslar yalnız Afət Nəsibova üçün açıq olub.
Rəsmiyyə Kazımova məhkəmədə əməlindən peşman olduğunu, Afət Nəsibovaya dəymiş ziyanın ödənilməsi ilə bağlı aralarında razılğa gələrək barışıq sazişi imzaladığını bildirib.
Məhkəmə bu əməlinə görə Rəsmiyyə Kazımovanın azadlığını 5 ay 18 gün müddətinə mıhdudlaşdırıb.
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi


































