Hadisə
Ölüm ayağında olan ərinə donor olmaq istəmədi: Kişi sağaldı, görün nə etdi
Cənubi Koreyada ər həyat yoldaşını ona donorluq etməkdən imtina etdiyi üçün məhkəməyə verib.
Publika.az xəbər verir ki, bu barədə "Oddity Central" yazıb.
Məlumata görə, cütlük üç il evli olub və iki azyaşlı uşaqları var. Lakin 2024-cü ilin qışında, kişiyə qaraciyərin sirozu diaqnozu qoyulduqda onların həyatı dəyişib. Həkimlər onun orqan transplantasiyası olmadan bir ildən çox yaşaya bilməyəcəyi barədə xəbərdarlıq ediblər.
Bildirilir ki, gözləmə siyahısına salındıqdan sonra kişi müalicəsi boyunca valideynlərindən və həyat yoldaşından dəstək alıb. Həkimlər onun həyat yoldaşının donor kimi 95%-dən çox uyğun olduğunu müəyyən ediblər. Onun həyatını xilas etmək ehtimalı real görünürdü, lakin qadın, gözlənilmədən “iynələrdən və iti cisimlərdən patoloji qorxusunun” olduğunu əsas gətirərək əməliyyatdan imtina edib.
Bildirilir ki, qadının bu imtinası ailədə gərginliyə səbəb olub. Ər arvadını ona çarə olmamaqla ona xəyanət etdiyini deyib. Kişinin valideynləri isə ərinin həyatını yalnız onun xilas edə biləcəyini israr edərək ona təzyiq göstəriblər. Lakin tezliklə donor tapılıb və transplantasiya uğurlu olub.
Kişi sağaldıqdan sonra arvadının əvvəllər appendektomiya və iynələrlə bağlı bir sıra prosedurlar keçirdiyini öyrənib. Söhbət zamanı qadın etiraf edib ki, imtina etməsinin əsl səbəbi övladlarını anasız qoya biləcək fəsadların qorxusu olub. Əri bu arqumentləri yetərsiz hesab edərək nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edib.
Bu iş geniş ictimai etirazlara səbəb olsa da, məhkəmə qadının mövqeyini təsdiq edib. Qərarda qeyd edilib ki, orqan donorluğu könüllü seçimdir və hətta nikahda belə, öhdəlik sayıla bilməz.
Məhkəmədən sonra cütlüyün boşandığı məlum olub. Qadın uşaqların qəyyumluğunu öz üzərinə götürüb və keçmiş əri sağalana qədər ona maddi dəstək verməyə razılıq verib.
Adəm
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial17 İyun 16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

























.jpg)








