Hadisə
Ankara-Bakı təyyarəsində dava - Aeroporta enən kimi həbs olundu
Ötən il dekabrın 27-si yerinə yetirilən Ankara-Bakı reysində iki nəfər arasında dava düşüb.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Xaçmaz rayon sakini 1989-cu il təvəllüdlü Z.Baloğlanov təyyarədən düşərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, təyyarə Bakıya eniş edərkən onunla digər sərnişin arasında insident yaşanıb.
Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Onun sərxoş halda olması müəyyənləşdirilib.
Xəzər Rayon Məhkəməsinə göndərilən Z.Baloğlanov törətdiyi xətanı qismən etiraf edib: “Ankara-Bakı aviareysi ilə uçub Bakıda hava limanına eniş etdik. Oturduğum yerdən qalxıb çıxmaq istəyərkən yanımda əyləşmiş digər sərnişin tez keçmək üçün məni itələdi. Bu zaman həmin sərnişinlə aramızda narazılıq oldu. Bakıya gəlməmişdən öncə Ankara aeroportunda bir az spirtli içki qəbul etmişdim. Təyyarədən düşəndən sonra həmin sərnişin məndən şikayət edib. Bundan sonra məni polis şöbəsinə gətirdilər. Müəyyən səbəblərdən 4 gün yuxusuz olduğumdan gərgin idim, əsəblərimi cilovlaya bilməyərək xırda xuliqanlıq hərəkətlərinə yol verdim”.
Məhkəmənin qərarı ilə Z.Baloğlanov 4 günlük həbs olunub və dekabrın 31-i sərbəst buraxılıb.
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial17 İyun 16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika17 İyun 15:43İlham Əliyev sərəncam imzaladı













.jpg)




.jpg)


















