Hadisə
Bakıda sərxoş kişi küçədə sakinləri və azyaşlıları təhqir etdi
Bakının Nizami rayonunda azyaşlı uşaqları təhqir edən sərxoş kişi həbs edilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Q.Qarayev prospekti, 14 ünvanında baş verib.
1986-cı il təvəllüdlü Faiq Əmirov (ad-soyad şərti verilib – red.) ünvanında sərxoş halda ucadan nalayiq ifadələr işlədib, səs-küy salıb.
Bu barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə daxil olmuş məlumat əsasında həmin yerə getmiş Nizami Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün polis əməkdaşları tərəfindən o, 25-ci polis şöbəsinə aparılıb.
Həmin vaxt Əmirov hər hansı səbəb olmadan sərxoş halda öz hərəkətlərini davam etdirib və polis əməkdaşlarının ünvanına ucadan nalayiq ifadələr işlədib, səs-küy salaraq polis şöbəsinin iş rejimini pozmaqla xırda xuliqanlıq edib.
Araşdırmalar zamanı müəyyən edilib ki, Əmirov sərxoş halda küçədə azyaşlı uşaqları təhqir edib.
İş üzrə ifadə verən Əmirov bildirib ki, yanvarın 1-də içkili vəziyyətdə olub: “Təxminən saat 22:40-da Q.Qarayev prospekti 14 ünvanındakı binanın həyətində tanımadığım bir nəfər şəxslə mübahisə etdim. Mübahisə zamanı sərxoş olmam ilə əlaqədar ucadan nalayiq söyüşlər söydüm. Həmin vaxt post-patrul əməkdaşları yaxınlaşdı. Polislər gəldikdən sonra hərəkətlərimi dayandırdım və heç bir etiraz etmədən polis şöbəsinə getdim”.
Təqsirli bilinən şəxsin sözlərinə görə, sərxoşluqdan ayıldıqdan sonra çəkilmiş video görüntülərə baxıb: “Özüm də bu hərəkətlərimdən, söydüyüm söyüşlərdən utandım. Buna görə üzr istəmişəm. Əməlimdən səmimi peşmanam. Bu hərəkətləri sərxoş olduğuma görə etmişəm”.
Əmirov ifadəsinin sonunda iki azyaşlı uşağının olduğunun nəzərə alınmasını xahiş edib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə Əmirov İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polisin qanuni tələblərinə tabe olmama) maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs edilib. Onun həbs olunma müddətinin əvvəli yanvarın 2-dən hesablanması qərara alınıb.
-
Region12:38Türk və erməni iş adamları bu şəhərdə görüşdülər - Böyük planlar qurular
-
MDB12:14Ramzan Kadırov ilk dəfə bu siyahıya daxil edilmədi - Çeçenistanda nə baş verir?
-
Enerji11:20Avropanın enerji təhlükəsizliyinin açar ölkəsi: Azərbaycan olmadan mümkün deyil
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi
-
Dünya08:37Kiyevə kütləvi hava hücumu: ölü və yaralı sayı artdı - Yeniləndi









.jpg)









.jpg)


















