İdman
“Neftçi”nin sabiq futbolçusundan federasiyaya çağırış: Millini mənə tapşırın
“Neftçi”nin və Yaponiya millisinin sabiq yarımmüdafiəçisi Keysuke Honda DÇ-2026-dan sonra milli komandaya baş məşqçi təyin olunmağa hazır olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, keçmiş futbolçu sosial şəbəkədə paylaşdığı açıqlamada bunları yazıb:
“Bilirəm ki, bu sözlər mübahisələrə səbəb olacaq, amma yenə də deyəcəyəm. Moriyasuya müqaviləsinin bir il uzadılmasının təklif olunduğu barədə xəbərlər gördüm. Əgər bu, uyğun namizəd tapılmadığı üçün yalnız müvəqqəti həll yoludursa, mənə bir illik şans verin. Asiya Kubokunda uğursuz çıxış etsək, heç bir etiraz etmədən məni istefaya göndərə bilərsiniz. Mən bu çağırışa hazıram”.
Qeyd edək ki, Yaponiya 1/16 final mərhələsində Braziliyaya 1:2 hesabı ilə məğlub olaraq mundialla vidalaşıb. Yığmanın hazırkı baş məşqçisi Hadzime Moriyasu bu vəzifəni 2018-ci ildən icra edir.
40 yaşlı Honda 2018–2023-cü illərdə Kamboca millisinin baş məşqçisi olub. Aprel ayında isə futbolçu karyerasını Sinqapurun “Albireks Niigata Sinqapur” klubunda davam etdirəcəyi açıqlanmışdı.
Keysuki 2020/21 mövsüsümndə “Neftçi”də çıxış edib və Azərbaycan çempionu olub.
Müəllif: Tural
-
Dünya15:43Batumidən qalxdı, Türkiyə sahillərində dənizə endi - Təyyarədən xəbər yoxdur
-
Sosial15:14Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTO
-
Rəsmi xronika15:11İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
-
Region15:08Ermənistanın dövlət borcu açıqlandı - Fantastik məbləğ
-
İKT12:12İnsanlığı məhv edəcək - Daha bir məşhur süni intellekt tədqiqatçısı sektoru tərk etdi
-
Nida Xəbər 11:30Pərvin Mirzəzadəyə yüksək vəzifə verildi
-
Sağlamlıq10:12İlan qanından "kokteyl” hazırlandı: Kim içsə... - MÖCÜZƏ
-
Nida Xəbər 09:51Mehriban Əliyeva paylaşım etdi - FOTO
















.webp)













.png)




