Hadisə
Mahaçqalada sel çoxmərtəbəli binanı belə ucurdu - Video
Mahaçqalada çoxmərtəbəli binanın uçmasının əsas səbəblərindən biri xaotik tikinti ola bilər.
Publika.az xəbər verir ki, bu barədə şəhər rəhbəri Cambulat Salavov öz "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, çay yatağının yaxınlığında uçan bina, eləcə də potensial risk zonasında olan dörd ev fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsində inşa edilib.
O əlavə edib ki, yerli sakinlər məhkəmə yolu ilə yaşayış sahələrini qanuniləşdirə bilsələr də, zəruri texniki sənədlərin olmaması səbəbindən binaların özləri çox mənzilli ev kimi şəhərin balansına götürülməyib.
Hadisə 5 apreldə baş verib. Yerli sosial şəbəkə səhifələri dağıntının bir-birinə bitişik bir neçə yaşayış binasına qismən təsir etdiyini yazıb.
Fövqəladə Hallar Nazirliyi daha sonra dəqiqləşdirib ki, qruntun yuyulması nəticəsində altımərtəbəli çoxmənzilli binaya bitişik üçmərtəbəli tikili uçub. Xilasedicilər tərəfindən sakinlərin təcili təxliyəsi həyata keçirilib: təxminən 300 nəfər, o cümlədən 100-ə yaxın uşaq təhlükəsiz yerə köçürülüb.
Hüseyn İbadlı
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO







.jpg)





















.jpg)











