Hadisə
Lənkəranda ağac maşının üstünə aşdı - Xəsarət alanlar var - FOTO
Lənkəranda çürümüş ağac avtomobilin üzərinə aşıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında köhnə Ələt–Astara magistralında, rayonun Parakənd kəndi ərazisində baş verib.
Astara rayonunun Təngərüd kənd sakini, 59 yaşlı Asif Müzəffərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Lənkəran istiqamətində hərəkətdə olarkən yol kənarındakı çürümüş ağac qəfil aşaraq nəqliyyat vasitəsinin üzərinə düşüb.
Nəticədə avtomobildə olan sürücünün qızı, 38 yaşlı Nüşabə Müzəffərova və onun qayınanası, 66 yaşlı Təzəgül Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar.
Məlumata görə, qəzada xəsarət alan T.Babayeva həmin gün xəstəxanada həkim qəbuluna yazılıbmış. Hadisə onlar qəbul üçün yola düşərkən baş verib.
Kənd sakinləri bildiriblər ki, hadisə olan ərazidə çürümüş ağaclar çoxdur və onların aşma təhlükəsi qalmaqdadır.
Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, hələlik heç bir tədbir görülməyib.
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO
-
Magazin206:16Qızı ilə çimərlik geyimində poza verdi - FOTOLAR






.jpg)
.jpg)
.jpg)
.jpg)








.jpg)


.jpg)












.jpg)









