Hadisə
Qadın oğluna arağ satmadığı üçün döyüldü
Qusarda oğul arağa görə anasını döyüb.
Publika.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib.
39 yaşlı Yusif Əsgərov (ad və soyad şərtidir) səhər saatlarında kənd ərazisində qardaşına məxsus marketdən araq alaraq içib. O, sərxoş halda günorta saatlarında yenidən həmin marketə gələrək araq almaq istəyib. Lakin marketdə satıcı qismində olan anası ona araq satmaq istəməyib. Bu səbəbdən ana və oğul arasında mübahisə düşüb. Mübahisə zamanı oğul şillə, yumruq zərbələri ilə anasının sifət və baş nahiyələrinə vuraraq, xəsarətlər yetirib.
Bu əməlinə görə o saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olmasını və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən də həmçinin oğlu ilə barışdığını və ona qarşı şikayətinin olmadığını deyib.
Məhkəmənin hökmü ilə Yusif Əsgərov 1000 manat məbləğində inzibati qaydada cərimələnib.
-
İdman05:15Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı - FOTO
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman13 Avqust 23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin113 Avqust 22:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO




































