Hadisə
Abşeronda təhvil verilməmiş mənzillər belə talanır - Video
Boş qalan mənzillərdə oğurluq hadisələri baş verir.
Publika.az AzTV-yə istinadən bildirir ki, söhbət Abşeron rayonunun Şəfəq qəsəbəsi ərazisində inşa edilən yaşayış kompleksindən gedir. Sakinlərin sözlərinə görə, oğurluq halları əsasən hələ təhvil verilməyən, boş qalan mənzillərdə qeydə alınır.
Bu mənzillərə daxil olmaq üçün elə də ciddi maneə yoxdur. Çünki qapılar açıqdır. Mənzərə isə göz önündədir. Sosial evlərdə, məlum olduğu kimi, hər bir mənzil zəruri avadanlıqlarla təchiz edildikdən sonra vətəndaşlara təqdim olunur. Lakin hazırda bəzi mənzillərdə yerləşdirilmiş avadanlıqların çıxarılaraq oğurlandığı bildirilir.
Sakinlər deyirlər ki, birinci və ikinci mərtəbələrdə yerləşən bəzi mənzillər hələ nə paylanılıb, nə də istifadəyə verilib. Onların fikrincə, binaların hər tərəfinə müşahidə kameraları quraşdırılsa, oğurluq hallarının qarşısını almaq mümkün olar.
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyi bildirib ki, kompleks Abşeron Rayon İcra Hakimiyyəti balansına verilib. Abşeron Rayon İcra Hakimiyyətindən isə qeyd olunub ki, binalar qurumun balansına keçirilsə də, mənzillərin mülkiyyətçisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq qalır.
Yaşayış kompleksində baş verən oğurluq hadisələri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi bildirilib.
-
İdman05:15Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı - FOTO
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman13 Avqust 23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin113 Avqust 22:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO




































