Hadisə
Azərbaycan ədəbiyyatına ağır itki üz verdi - FOTO
Azərbaycan ədəbiyyatına ağır itki üz verib.
Publika.az Modern.az-a istinadən xəbər verir ki, tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirzə Mirimli vəfat edib. Mərhum qaraciyər xəstəliyindən əziyyət çəkirdi.
M.Mirimli 1954-cü ildə Cəbrayıl rayonunun Qovşudlu kəndində doğulub. Gəncə Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib.
Qarabağın işğalından sonra məcburu köçkünlük həyatı yaşayan şair, məskunlaşdığı Biləsuvar ərazisindəki 2 saylı qəsəbədə yerləşən Cəbrayıl rayonu 8 saylı tam orta məkrəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb, tarix fənnindən dərs deyib.
Mirzə Mirimli ömrünü Azərbaycan ədəbiyyatına, poeziyaya və milli-mənəvi dəyərlərin təbliğinə həsr etmiş qələm sahiblərindən idi. Onun poeziyasının mayasında Vətənə məhəbbət, doğma ocağa və yurda intəhasız bağlılıq dayanır. Ata-baba torpağından didərgin düşən şair, yurd həsrətindən doğan acılarını və hisslərini öz misralarına köçürüb.
Mərhum şairin yaradıcılıq nümunələri indiyədək bir çox dövri nəşrlərdə dərc edilib, sevilə-sevilə oxunub. Onun şeirlərinə həmçinin ədəbi ictimaiyyətin diqqətini cəlb edən poeziya almanaxlarında da yer ayrılıb.
“24 günün hünəri”, “Bu sevdanın sonu yoxmuş”, “Köçkün taleli məktəb” və bir sıra başqa kitabların müəllifi idi.
Allah rəhmət eləsin!
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq







































.jpg)
