Hadisə
Monteneqrodan daxil olmuş yardım sorğusu Baş Prokurorluq tərəfindən icra edildi
Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən EUROJUST vasitəsilə Monteneqro Respublikasının Ali Prokurorluğundan xüsusilə ağır cinayətə dair daxil olmuş hüquqi yardım sorğusu icra edilib.
Baş Prokurorluğun mətbut xidmətindən Publika.az-a bildirilib ki, sorğu Monteneqro Respublikasının ərazisində baş vermiş qəsdən adam öldürmə faktı üzrə aparılan cinayət təqibi çərçivəsində təqdim olunub.
Müraciətdə cinayəti törətməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Rövşən Səmədovdan, habelə cinayətin törədilməsindən sonra onun gizlədilməsinə kömək etməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Sirudin Şərifovun yaxın qohumlarından, eləcə də hadisə yerindən və cinayət işi üçün əhəmiyyət kəsb edən digər obyektlərdən götürülmüş bioloji nümunələrin müqayisəli tədqiqi məqsədilə zəruri DNT nümunələrinin götürülməsi və digər prosessual hərəkətlərin həyata keçirilməsi xahiş olunub.
İstintaq idarəsi tərəfindən sorğunun icrası zamanı əlaqəli şəxslərdən izahatlar alınıb, müvafiq şəxslərdən bioloji nümunələr götürülərək DNT tədqiqatı aparılıb və DNT profilləri əldə edilib.
Hüquqi yardım sorğusunun icrası nəticəsində toplanmış sənədlər və ekspertiza materialları beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində müəyyən edilmiş qaydada Monteneqro Respublikasının səlahiyyətli orqanına göndərilib.
Azərbaycan Respublikası Baş Prokurorluğu transmilli cinayətkarlıqla mübarizə, cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində xarici dövlətlərin səlahiyyətli orqanları, o cümlədən EUROJUST və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığını davam etdirir.
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar























.jpg)














